Gönderen Konu: XII əsrdə yaşayan Səlahəddin Əyyubi şəxsiyyəti Türk dünyası üçün kimdir ?  (Okunma sayısı 4502 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Tonyukuk

  • Türkçü-Turancı
  • ****
  • İleti: 140
   
     Vuqar Ziferoğlu «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, araşdırmaçı

     XII əsrdə yaşayan Səlahəddin Əyyubi şəxsiyyəti Türk dünyası üçün kimdir və onun fəaliyyəti nədən ibarət olub?

     
     - Səlahəddin Əyyubi təkcə Türk – islam aləmi üçün deyil, bütünlükdə dünya tarixində özünəməxsus yeri olmuş nəhəng tarixi şəxsiyyətdir. O, Yaxın Şərqə yeni sima bəxş etmiş nadir insandır. Səlahəddin Əyyubi haqqında çox yazılıb, bir çox elmi araşdırmalar aparılıb. Lakin hələ də bu böyük şəxsiyyətin kimliyi, onun fikir və ideyasının tam olaraq nədən ibarət olması ilə bağlı yekun (nəhayi) fikir söylənilməyib. Mənbələri, qaynaqları o qədər qarışdırıblar ki, nəyin düz, nəyin yanlış olduğunu ayırd etmək çox çətin görünür. Bu səbəbdən ixtisasca tarixçi olmasam da bu böyük şəxsiyyətə olan vurğunluğum səbəbi ilə, onun həyat fəlsəfəsi və gerçək kimliyi ilə bağlı araşdırma aparmaq qərarına gəldim. Səlahəddin Əyyubi dünya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarmış o şəxsiyyətlərdəndir ki, istər etnik, istər dini kimliyindən asılı olmayaraq onun etdikləri qarşısında valeh olmaya bilmirsən. Səlahəddinə son dərəcə böyük hörmət və pərəstiş duyan şir ürəkli Riçardın «İnsanlığı Səlahəddindən öyrəndim» məşhür kəlamı orta əsr Avropa tarixi mənbələrində dəfələrlə təkrarlanır. Ümumiyyətlə Avropanın adı əfsanələşmiş bu qorxmaz və cəsur hökmdarı ilə Səlahəddin arasında qarşılıqlı hörmət üzərində köklənmiş münasibətlər olub. Məsələn, İngiltərə kralı döyüşlərin birində yaralandıqda, Səlahəddin ona özünün şəxsi təbibinin qulluqlarını təklif etmişdi. Daha sonra, Ərsuf döyüşündə Riçard atını itirdikdə, müsəlmanların mərd soltanı öz rəqibinə iki at yolladı. Frankların düşərgəsində su çatışmamazlığı haqqında eşitdikdə isə, Səlahəddin onlara dağlardan yığılmış qar içində meyvə yolladı. Öz növbəsində, Riçard öz bacısını Səlahəddinin qardaşına verməyi və Qüdsü onların toy hədiyyəsi etməyi təklif etdi.

Səlahəddin Yaxın Şərqə min ildən bəri ehtiyac duyduğu barışı və nizamı gətirdi. Din ayrı-seçkilik olmadan Yaxın Şərqdə hamının rahat şəkildə yaşaya biləcəyini və ədalətli idarəçiliyin modelini ortaya qoymuş oldu. Onun vəfatı ilə isə Yaxın Şərqə hətta az müddətə olsa belə gəlmiş, barış və hüzün də sona çatdı. Qohumları imperatorluğu aralarında bölüşdürməyə girişərkən, dostları İslam dünyasının ən cüsur və ən əli açıq hökmdarının, məzarını belə düzəltdirməyə yetəcəq qədər pul buraxmadığını gördülər. Və tarixin acı istehzası o idi ki, 1917-ci ilin dekabr ayının 11-də Qüdsə daxil olan ingilis orduları komandanı general Edmund Hinman Allenbi Səlahəddin Əyyubinin məzarına təpiklə vuraraq, «Qalx Səlahəddin, biz yenə gəldik» deyirdi.       

 

- Bu gün Səlahəddin Əyyubinin milli mənşəyi haqqında ziddiyyətli fikirlər bildirirlir. Sizcə, bu fikirlər haradan qaynaqlanır və əsl həqiqət  nə deyir?

 

- Böyük tarixi şəxsiyyətlər barədə həmişə mübahisələr gedir, onların ideya və fikirlərindən tutmuş, milli mənsubiyyətləri və soy kökləri ilə bağlı həmişə mübahisələr aparılır. Bir daha təkrarlamağı özümə borc bilirəm ki, Səlahəddin Əyyubi etnik kimliyinin nə olduğundan asılı olmayaraq həm Türk, həm İslam dünyası üçün dünya öz varlığını sürdürdüukcə adının unudulması mümkün olmayacaq bir şəxsiyyətdir. Onu Türkün sevdiyi qədər, ərəb də, fars da, kürd də, bəluc da, əfqan da sevir. Sevir və ona olan bu sevgisini sahiblənmək arzu və istəyini o qədər böyüdür ki, onunla öz arasında bir bağ axtarır. Bu böyük tarixi şəxsiyyətin soy kökü ilə bağlı ziddiyyətli fikirlərin qaynaqlanmasının ilk səbəbi də məhz bu sevgidi. Təbii ki, başqa bir səbəb də həqiqətlərin aşkarlanmasında maraqlı olmayan yad qüvvələrin tarixi mənbələri qarışdırmasının nəticəsidir. Mənbələri, qaynaqları o qədər qarışdırıblar ki, nəyin düz, nəyin yanlış olduğunu ayırd etmək çox çətin görünür. Lakin son araşdırmalar Səlahəddin Əyyubinin atasının Şadılı Türk tayfasına mənsub oldğunu ortaya qoyur. Səlahəddinin anası Türk hökmdar sülaləsindəndir və Şəhabəddin Tokuşun bacısıdı. Səlahəddinin həyat yoldaşı da köklü bir Türk xatunudu - İsmet Amine bin Mu'in al-Din Unur. Bacısı da İsmət xatunun qardaşı Sadəddin Məsud ilə ailə qurub. Məsudun vəfatından sonra isə başqa bir Türk bəyi  - Harran hökmdarı Gökbörü ilə nigahlanıb. Səlahəddin Əyyubinin digər bacısı Zümrüd Xatunun da əri Türk bəyi olub. Əyyubilərin dövlət nişanı səlcuqilərdə olduğu kimi qartal olub. Dövlət idarəçilik sistemi də eynən Türk dövlətdlərində olduğu kimi Divan və məşvərət qruppu sisteminə əsaslanırdı. Səlahəddinin qardaşlarınan adları da maraq doğurmaya bilmir: Turanşah, TuğtəkinBörü. Bunlar hamısı bilinən həqiqətlərdir. Sadəcə bunlardan nəticə çıxarmaq lazımdı. 

 

- Əlimizdə qaynaqlar varmı ki, bu gün Səlahəddin Əyyubinin Türk olmasını sübut etsin?

 

- Təbii ki var. Sadəcə daha çox axtarmaq və tapmaq lazımdı. Məsələn, dövrün şairlərindən Sənaülmülk Hələbin alınmasından sonra yazdığı mədhiyyəsinin bir beytində qeyd edir ki, “Ərəb xalqı türklərin dövləti ilə ucaldı. Əhli-səlib Əyyubun oğlu tərəfindən pərişan edildi”.  İbn Xəlliqan “Vəfayat əl-ayan” (“Görkəmli adamların ölüm tarixi”) adlı əsərində yazır ki, “Şirkuh demişdir ki, bizim nəsəbimiz Gök Böridir”. Məşhur tarixiçi ibn Xaldun müqəddiməsində Məmlüklərin və Əyyubilərin tək bir Türk dövləti olduğunu yazır. Səlahəddinin özbəöz Türk oyunu olan Çövqan oyunun mahir ustası olduğu tarixi mənbələrdə qeyd edilir. Mənbələrin sayını uzatmaq olar. Həm də bura Şadılı tayfasının da etnik kimliyi ilə bağlı araşdırmaları əlavə etsək (ki, hörmətli alimimiz Firudin Ağasıoğlunun bu tayfa ilə bağlı son dərəcə qiymətli araşdırmaları var) İslam tarixinə «VƏLİULLA» ləqəbi ilə adı keçmiş bu böyük şəxsiyyətin Türk olduğunu ortaya qoymuş oluruq.   

 

- Ümumiyyətlə, orta əsrdə avropalıların Yaxın və orta şərqə təşkil etdikləri xaç yürüşlərinin məğlubiyyət səbəbini nə ilə bağlayırsınız? Xüsusilə, onlar müsəlmanlardan silah, mənəvi-psixoloji cəhətdən yaxşı təhciz olunsalar da məğlub oldular. Səlahəddin Əyyubinin xaçlılar üzərində parlaq qələbə qazanmasının səbəbi nədə idi?

 

- Səlahəddinin mahir dövlət xadimi və sərkərdəlik qabiliyyəti. Və ən əsası da ona olan aşırı sevgi və bağlılıq. Sizin bu sualınıza ən gözəl cavabı böyük mütəfəkkir Əbdüllətif əl-Bağdadi ilə vermək olar: “Səlahəddin Əyyubini heybətli insan olaraq gördüm. Sözləri qəlblərə təsir ediciydi. Yanına ilk gəldiyim gün məclisinin alimlərlə dolu olduğunu gördüm. Hərəsi müxtəlif elmlərdən danışırdı. Sultanın yaxınları onu özlərinə örnək götürür, yaxşılıqda yarışırdılar. Müsəlman da, kafir də sultanı çox sevirdi. Onun ölümüylə insanlar həqiqi bir atanı itirdilər. Ölümünə kədərlənməyən bir insan olmadı”.

Söhbətləşdi: Elnur Eltürk

Çevrimdışı alparslanf

  • Yeni Üye
  • *
  • İleti: 9
  • Türkler bütünleşecektir.
Elnur bey hekiketen çox yahşı yazı. teşekkür edirik.