Gönderen Konu: "TÜRKÜN TÖKÜLƏN QANLARI BİHUDƏ GEDƏRMİ?!"  (Okunma sayısı 11616 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
                 Məhəmməd Hadi (1879-1920)

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "TÜRKÜN TÖKÜLƏN QANLARI BİHUDƏ GEDƏRMİ?!"
« Yanıtla #1 : 10 Aralık 2011 »
     Vətənini müstəqil, xalqını azad və xoşbəxt görmək istəyi çox güclü olmuşdur. 1879-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. Hadi qohumlarının himayəsində yaşamışdır, orta təhsilini doğulduğu Şamaxı şəhərində almışdır. Oxumağa çox həvəs göstərən şair  təhsilini davam etdirə bilməmişdir. Lakin sonradan ərəb, fars və rus dillərini mükəmməl öyrənmiş, bir neçə fəndən dərs demişdir.

    Ölkədə hökm sürən zülm, ədalətsizlik şairin qəlbində Vətənpərvərlik alovunu qüvvətləndirmişdir. Birinci "Cahan Savaşı" illərində şair Qafqaz Türk ordu sıralarına könüllü yazılmış, müxtəlif döyüş cəbhələrində olmuşdur.
 
   Yaralı insanların əzablarını, "Türkə arxadan vurulan zərbə"ləri müşahidə etdikcə dəhşətə gəlmiş, bu mövzüya həsr etdiyi bədii əsərlərində təsirli lövhələr yaratmışdır.

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "TÜRKÜN TÖKÜLƏN QANLARI BİHUDƏ GEDƏRMİ?!"
« Yanıtla #2 : 10 Aralık 2011 »
                                                          -----TÜRKÜN NƏĞMƏSİ-----

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz,

Qiymətli olan xinu-şəhidan hədər olmaz,

Dul qalmış olan növheyi-nisvan hədər olmaz.

Bax sən sonuna, himməti-türkan hədər olmaz,

Bədbəxt olan əfğani-yetiman hədər olmaz.




Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri verməriz əldən,

Xoy eyləmədik atəşi-dəhhaşə düvəldən.

Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,

İstərsə cahan çevrili varsın da təməldən.

Türkün özü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək müslih əməldən,

Yüksək yaşamaq istər ikən cümlə miləldən.




Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "TÜRKÜN TÖKÜLƏN QANLARI BİHUDƏ GEDƏRMİ?!"
« Yanıtla #3 : 10 Aralık 2011 »
Bihudə---boş, faydasız, əbəs.

Məfkurə---burada məqsəd.

Xuni-şəhidan---şəhidlər qanı.

Növseyi-nisvan---qadınların şivəni, harayı.

Himməti-türkan---türklərin səyi, bacarığı.

Əfğani-yetiman---yetimlərin fəryadı.

Atəşi-dəhhaşe düvəldən---dövləti dəhşətli hücumlardan qorumaq.

Dəsti əcəl---əcəl əli, ölümün yaxınlaşması.

Türklər geriyə dönməyəcək müslih əməldən---Türklər sülhü, əmin-amanlığı bərpa etmək arzusundan,
                                                                                                                              əməlindən əl çəkməyəcəklər!
Miləl---millətlər

Çevrimdışı Aze Bozkır Savaşçısı

  • Türkçü-Turancı
  • ****
  • İleti: 222
Ynt: "TÜRKÜN TÖKÜLƏN QANLARI BİHUDƏ GEDƏRMİ?!"
« Yanıtla #4 : 10 Aralık 2011 »
Qandaşlarım, qardaşlarım. Öz dəyərli vaxtınızın bir neçə dəqiqəsini ayırdığınız üçün hamınıza tək-tək təşəkkürlər :-)

Çevrimdışı İL TEGİN

  • Türkçü-Turancı
  • ****
  • İleti: 171
Ynt: "TÜRKÜN TÖKÜLƏN QANLARI BİHUDƏ GEDƏRMİ?!"
« Yanıtla #5 : 14 Aralık 2011 »
 Sayın kandaşım,


 Azerbaycan Türklüğü'nün yetiştirdiği bu büyük insanları bizimle paylaştığınız için çok teşekkür ederiz.