Gönderen Konu: Güney Azerbaycan Forumu ve Konsey Kuruluşu  (Okunma sayısı 2121 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Çevrimdışı Atsız Gök-Börü

  • Türkçü-Turancı
  • ****
  • İleti: 236
  • Tek Dağ Başı Mezar Oluncaya Kadar !
   12 Mayıs günü, Güney ve Kuzey Azerbaycan ve Anadolu Türklerinin ortaklaşa hareketiyle, 1. Güney Azerbaycan Forumu adıyla Ankara'da toplanılmıştır. Forumdan çıkan sonuçla Güney Azerbaycan için mücadele edecek Güney Azerbaycan Konsey'i kurulmuştur.

   13 Mayıs, Pazar günü ise İran Sefirliğine hareket edilmiş, Güney Azerbaycan Konsey'inin kuruluşu açıklanarak, basın açıklaması yapılmıştır.

   Güney Azerbaycan'ın, sadece Güney Azerbaycan Türklerinin değil bütün Türk Dünya'sının sorunu olduğu ve Türk Birliği'nin, Tebriz'den geçtiği bir daha hatırlatılarak eylem tamamlanmıştır. Konsey'de görev alan bütün Kandaşlarımızı kutlar; Tanrı'nın, Türk'ü bu mücadelesinde muzaffer kılmasını niyaz ederim.

  Tanrı Türk'ü Korusun!



Mayın 12-də Ankarada Uluslararası Güney Azərbaycan Türklərinin I Forumu keçirildi. Xəbər verdiyimiz kimi, İranın Ankaraya etirazından sonra forumun keçirilməsində problem yaranmışdı. Bu səbəbdən forum yarıleqal şəkildə keçirildi. Forumu idarə edən Zaur Bayramlının giriş nitqindən sonra söz Bütöv Azərbaycan Birliyinin sədr müavini Eldar Qaradağlıya verildi. Çıxışına Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi yad etməklə başlayan Eldar Qaradağlı Bütöv Azərbaycan ideyasının Güney Azərbaycanda milli dövlət qurulmasından keçdiyini söylədi: "Bu gün Quzey Azərbaycanın Qarabağ adlı böyük bir dərdi var. Əbülfəz bəy deyirdi ki, Qarabağın yolu Təbrizdən keçir. Bu gün Güney Azərbaycan öz çağdaş tarixinin ən mürəkkəb dövrünü yaşayır, ABŞ-ın, Avropanın ən nüfuzlu universitetlərində, araşdırma mərkəzlərində İran məsələsi müzakirə edilir. Dünya bölgədəki güclərin yaxın gələcəkdə hansı istiqamətdə dəyişəcəyini anlamağa çalışır. Ancaq çox təəssüf ki, bəzən Güneydə insan haqlarının ən kəkin formada tapdanması İranla bazarlıq alətinə çevrilir. Biz buna imkan verməməliyik".

Bunun ardınca təşkilatçı - İzmir Azərbaycan Kültür Dərnəyinin başçısı Camal Mehmethanoğlu çıxış edərək forumda Güney Azərbaycanla bağlı yaranan bütün qurumların təmsil olunacağı yeni bir qurum, daha dəqiqi Konsey yaradılmasını təklif etdi. Bildirildi ki, Güneydə milli hökumət qurulması uğruna mübarizə aparan qurumların bir araya gəlməsi Güney Azərbaycanla bağlı məslənin dünyanın siyasi dairələrinin müzakirəsinə çıxarılmasını asanlaşdıra bilər.
Toplantıda qonaq qismində çıxış edən İraq millət vəkili, türkmən köknənli Əkrəm Fevzi Tərzioğlu ilk olaraq iştirakçıları Türk dövlətlərinin qurulması üçün milli mücadilə verən şəhidlərin ruhuna Fatiha surəsi oxumağa dəvət etdi. Ardınca Tərzioğlu İraq türkmənlərinin Səddam rejiminin basqısı altında hansı məhrumiyyətlər yaşadıqlarını anlatdı: "Biz qorxunc bir rejimin bütün basqılarına baxmayaraq vətən, millət heysiyyətimizi itirmədik, dilimizi unutmadıq. Təbii, biz bu gün də ana yurdumuzun taleyindən ciddi nigarançılıq keçirməkdəyiq. Ancaq Türk toplumu olaraq dərk edirik ki, dünyanın hansı nöqtəsində olursa olsun, milli Türk dövlətinin qurulması digər Türk dövlətlərinin öz müqəddəratının həll etmələri üçün önəmli bir faktordur".
Forumda ən kəskin çıxışlardan birinin müəllifi Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı oldu. O bildirdi ki, Güney Azərbaycan məsələsinin dünyanın gündəminə gətirilməsi üçün yeni qurumlar yaratmaq, var olan qurumları parçalamaq yox, artıq təşkilatlanmış birliklərin güclənməsinə çalışmaq gərəkdir. O, yeni yaranan qurumu ölü doğulan uşağa bənzətdi:"Biz DAK olaraq Güney Azərbaycanda İran rejiminin basqısı altında olan soydaşlarımızın məsələsini BMT başda olmaqla, dünyanın ən nüfuzlu beynəlxalq qurumlarında səsləndirməliyik. Dünya gücləri bu gün enerji qaynaqları uğrunda mübarizə aparmaqdadır. Biz dünyada baş verən prosesləri öz milli maraqlarımıza xidmət edəcək səviyədə dəyərləndirməyi bacarmalıyıq. Ancaq bu gün milli düşüncədən uzaq, əslində Güney Azərbaycanda hansı proseslərin baş verəsindən xəbərsiz olan insanlar bölücülük meylləri yaratmaqla məşguldur. Bu, doğru yol deyil".
Rüstəmxanlı rəsmi Ankaranın İranla münasibətlərini də kəskin tənqid etdi: "Ankara İranda əzilən, milli kimliyi tapdanan, bütün milli hüquqlarından məhrum olan 35 milyon Türkü görməzdən gəllə bilməz. Türkiyə kürd probleminə 35 milyon Güney Azərbaycan Türkünü qurban verə bilməz. Ankara bu məsələdə bir addım da geri çəkilməməli, əksinə problemi dünyanın gündəminə çıxarmalıdır".
Xanım Xəlilova, Fərəc Quliyev, Zəlimxan Məmmədli, Baba Tağıyev konseyə dəstək verərək, yeni yaranan quruma dəstək çıxmağa hazır olduqlarını bildirdilər.
Güney Azərbaycan Demokrat Partiyasının təmsilçidi Mahmut Bilgin isə söylədi ki, 35 milyon insanın problemini ən qısa zamanda dünya gündəminə gətirilməsi üçün hələ qabaqda görüləsi işlər çoxdur: "İran tarixi dönüş nöqtəsini yaşayır. Bu gün dünyanın Türk dövlətləri ilk sırada öz istiqrarları üçün Güneydə 35 milyon Türkün dövlət qurmasına yardım etməlidir. Türkiyənin xarici İşlər Naziri Əhməd Davudoğlu Tehranı ikinci ən böyük Türk şəhəri adlandırıb. İranın rəsmi statistikasında ölkənin 40 faizinin türklərdən oluşduğu göstərilib. Ancaq bu gün İran Güney Azərbaycandan insanları didərgin salmaq siyasəti yürüdür. Urmiya gölünün qurudulması siyasi bir məsələdir. Çünki o gölün qurudulması ilə o coğrafiyada yaşayan 15 milyona yaxın Türkün o ərazidən köçməsi deməkdir. Ancaq çox təəssüf ki, bu gün Güneyin səsinə bizim pənah, güvənc yeri kimi baxdığımız nə rəsmi Bakı, nə də rəsmi Ankara səs vermir. Bu iki ölkə bizi rəsmən dağıdıcı bir rejimə qurban verməkdədir. Kürdləri bağrına basan, onlara Tv açan, hər istəklərini qarşılayan Türkiyədə bu gün güney Azərbaycana ögey bir münasibət formalaşıb. Bu bizi çox ağrıdır. Ancaq dünya bilsin ki, bu gün Güneydə dışarıda göründüyündən 100 qat artıq güclü hərəkat var. Bu hərəkatın öz məqsədinə çatmasına isə çox qalmayıb. Biz bu coğrafiyadakı prosesləri düzgün dəyərləndirib millətimiz, xalqımız üçün ən uyğun olanını - yəni milli dövlət qurmağı, bundan sonra isə parçalanmış halda yaşamaq kimi ağrılı bir yükü çiynimizdən ataraq uğrunda illərdir çalışdığımız Bütöv Azərbaycan ideyasını gerçəkləşdirməyi bacarmalıyıq. Bu ideya uğruda kim vuruşacaqsa, biz onun yanındayıq".
Bu arada onu da bildirək ki, GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) lideri Mahmudəli Çöhrəqanlı bəyanat yayaraq Güney Azərbaycandan olanları forumu boykot etməyə çağırmışdı. Ancaq elə GAMOH-un içərisində bəzi insanlar bu taktikaya etiraz olaraq qurumdan ayrılaraq bundan sonrakı siyasi fəaliyyətlərini Yeni GAMOH adı altında davam etdirəcəklərini açıqlamışdırlar. Yeni GAMOH-un əsasən gənclərdən ibarət olan üzvləru də Konsey yaradılması ideyasına dəstək verdiklərini bildirdilər.
Toplantının ən yaddaqalan çıxışı isə Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başçısı Cəmil Ünalın çıxışı oldu. O da giriş sözlündə rəsmi Ankaranı İranın basqılarına görə geri çəkilməsini kəskin tənqid etdi: "Zaman -zaman Türkiyə dövlətinin rəhbərliyi belə mövqe sərgiləyib. Ancaq Ankara bu məsələdə İrana vəkillik etməyi buraxıb Türk toplumunun yanında olmalıdır. Əgər Ankara bu gün kimlərə sahib çıxmaq istəyirsə, o zaman öz millətinin bir parçası olan Güneyi soydaşlarımıza sahib çıxmalıdır. Heç bir xanədanlıq , vəkili-imam zehniyyəti xalq, toplum içərisində yürüyə bilməz. Bu gün İran, milləti Türk, hakimiyyəti fars olan bir dövlətdir. Ancaq fars rejiminin bütün çabalarına baxmayaraq türklər İranda hakimiyyəti ələ alacaqdır - gedişat bunu göstərir. Bu gün dünya güclərinin Orta Doğunu yenidən şəkilləndirmək istəklərindən xəbərimiz var. Dünyanın enerji qaynaqlarının 63 faizi bu torpaqlardadır. Bu faktoru unutmamalıyıq. Bir məsələni də vurğulayım ki, bu davanın əsl sahibi Güneydən olan soydaşlarımızdır. Biz yalnız onların direktivləri ilə hərəkət etməliyik. Biz onların səsini dunyaya çatdırmalıyıq. Milli davamızı satanları da aramızdan çıxarmağı bacarmalıyıq. Bunsuz Bütöv Azərbaycan, onun ardınca isə Turan ideyasını gerçəkləşdirmək mümkün olmaz".
Cəmil Ünalın da dilə gətirdiyi bu davada güneylilərin öndə olması məsələsi toplantıda ən ciddi müzakirələrə səbəb olan mövzulardan biri oldu. Güneydən olan Əli Səlimi bildirdi ki, bu davanı dəstəkləmək yerniə bu gün Quzey Azərbaycandan və Türkiyədən olan bəzu qurumlar özlərini çəkə bilməyəcəkləri yükün altına verirlər: "Pis-yaxşı, Quzey Azərbaycan müstəqil dövlətdir. Türkiyənin isə şərəfli bir müstəqillik tarixi var. Ancaq bu toplumlar uçün milli hökumətləri kənardan gələnlər qurmayıb ki? Nədən bəzi insanlar özləri heç birmədikləri, tanımadıqları bir mücadilənin öncüllüyünə iddia edir, güneylillərin səsini eşitməzdən gəlir? Bu bizim mücadiləmizdir və 20-ci yüzildə 3 dəfə inqilab edən bir xalq yenə də ayağa qalxıb öz sözünü deyəcək. Kənardan heç kim bu mücaqdiləyə sahiblənmək kimi boş xəyallara uymasın".
İsveçdə yaşayan Əfsanə Sulduzlu isə diqqəti mili azadlıq hərəkatında qadınların roluna çəkdi: "Bu gün Güneyin haqq səsini dünyaya duyrmaq istəyən yüz minlərlə Türk qadını var. Onlar ataları, həyat yoldaşları, oğulları ilə bərabər bu mücadilədə vardırlar. Mən bu gün bu toplantya gələn hər bir bəyin yanında onun xanımını da görmək istərdim".
Toplantı yetrincə gərginliklərlə də yadda qaldı. Güney Azərbaycandakı proseslərə ən böyük dəskək verməli olan rəsmi Bakının sərt tənqidi toplantı təşkilatçılarının ciddi etrazlarına səbəb oldu. Yazar Zümrüd Yağmur bildirdi ki, Azərbaycan dövləti Güneyə sahib çıxmayana qədər Bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək mümkün olmayacaq: "Bu gün Azərbaycanın Quzeyi də Güneyi də işğal altındadır. Güneyi fars, Quzeyi isə Əliyev rejimi yönətir. Hər iki tərəfdə insanlar milli hökumət qurmaq davası aparır. Bu gün Azərbaycan dövləti İranlı mühacirlərin onun ərazisindən keçib Avropaya getməsinə imkan vermir. Güney Azərbaycandan gələnləri hər vasitəylə xəyal qırıqlığına uğratmaq Azərbaycanın dövlət siyasətinə çevrilib. Ancaq güneyin də gözü bizdədi. Biz ilk olaraq Quzeydə milli dövlətimizi bərpa etməliyik ki, Güneyə də sahib çıxa bilək".
AXCP İH-nin üzvü Xaliq Bahadırın da təxminən eyni məna daşıyan sözləri gərginliyi bir qədər də artırdı. Bir tərəfdən güneydən olan insanların fikirlərinin dinlənməməsi, ikinci tərəfdən Azərbaycan dövləti ilə bağlı tənqidlər toplantının gedişatında problemlərə səbəb oldu. Replikalar, qarşılıqlı ittihamlar toplantını idarəedilməz duruma gətirdi. Bunun ardınca çıxışların dayandırılması və Konsey yaradılması üçün səsvermə keçirilməsi məsələsi qərara alındı. Sonda səsvermə yolu ilə 50 nəfərlik Konsey yaradıldı.Konseydə Güney Azərbaycanla bağlı yaradılan bir sıra qurumlar rəhbərlik deyil, Nizamnaməyə uyğun olaraq üzvlər səviyyəsində təmsil olundular.
Bundan sonra Konsey İdarə Heyəti yaradılması üçün toplandı. Öncə 11 nəfərlik qurum yaradılması qərara alındı. Ancaq 11 nəfərdən yalnız 1 nəfərin Güney Azərbaycandan olması güneydən olanların etirazına səbəb oldu. Bundan sonra qurumun 17 nəfərdən ibarət olması qərara alındı və İH-ə Güney Azərbaycanı təmsil edən daha 3 nəfər qatıldı. Mayın 12-si gecə saatlarında forum işini başa vurdu.

http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/123690-%E2%80%9CBAKI_V%C6%8F_ANKARA_G%C3%9CNEY%C4%B0N_S%C6%8FS%C4%B0N%C6%8F_S%C6%8FS_VERM%C4%B0R...%E2%80%9D%28FOTOLAR%29
GAYRI RAHATTA BULDUM CANIMA "İLK HARAMI "!